"Agrolab" iri təsərrüfatlar və fermerlərlə əməkdaşlığı davam etdirir
02-03-2020
"Azərşəkər" şirkətinin "Agrolab" kənd təsərrüfatı laboratoriyası torpaqların kompleks analizi məqsədilə iri təsərrüfatlar və fermerlərlə əməkdaşlığı davam etdirir.
Bu dəfə “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə və Yevlax rayonlarındakı təsərrüfatlarından analiz üçün torpaq nümunələri götürülüb.
Qeyd edək ki, laboratoriyamızda torpağın, toxumun, bitkinin, suyun aqrokimyəvi, mikrobioloji və fitopatoloji analizləri ən yeni texnologiyalarla aparılmaqdadır.