Ссылки

Связаться с нами

close

Kartof və pomidorda göbələk patogeni

Kartof və pomidorda göbələk patogeni

  • 19-03-2024

  • Комментарии

Alternaria Solani kartof və pomidor bitkilərinin bütün orqanlarına zərər verə bilən bir göbələk patogenidir və xəstəlik əsasən torpaqdan bütün bitkiyə sirayətlənir. Xəstəliyin başlıca əlamətləri bitkidə kökün çürüməsi, yarpaqlarda, gövdədə və meyvələrdə müxtəlif ölçülü, dairəvi və ya ovalvari, kiçik, açıq-qonur ləkələrin meydana gəlməsidir. Həmin ləkələr getdikcə tündləşir və ölçüsü böyüyür. Bəzən budaqlarda və kök yumrularında da xəstəliyin simptomları müşahidə edilir. Alternarioz xəstəliyinin yayılması üçün rütubətli mühit, yüksək temperatur, yayda tez-tez yağan leysan yağışları, həmçinin güclü şeh və temperaturun kəskin dəyişməsi kifayətdir.


Mübarizə tədbirləri : 


1. Kimyəvi mübarizə aparılmalıdır;
2. Müntəzəm olaraq torpağa makro elementlərin düzgün verilməsi təmin olunmalıdır;
3. Ölkəmizin iqlimini nəzərə alaraq tez yetişən sortlardan istifadə edilməlidir;
4. Əkin üçün sağlam toxumlardan istifadə edilməlidir;
5. Gübrələmə, suvarma prosesləri düzgün və vaxtında aparılmalıdır.


Agrolab kənd təsərrüfatı laboratoriyamızda torpaqda olan makro elementlərin miqdarının, torpağın aqrokimyəvi göstəricilərinə uyğun gübrələmə normasının, torpağın rütubətinin, məhsuldar rütubət ehtiyatının, toxumun cücərmə qabiliyyətinin təyini analizləri ən yeni texnologiyalarla icra olunur.

 



Agrolab © 2024 Все права защищены.