Ссылки

Связаться с нами

close

Qış aylarında bağlara xüsusi qulluq

Qış aylarında bağlara xüsusi qulluq

  • 26-01-2024

  • Комментарии

Qış aylarında bağdakı bitkiləri dondan, qardan, gəmiricilərdən, xəstəliklərdən və digər əlverişsiz mühit şəraitlərindən qorumaq xüsusi diqqət tələb edir. Bu səbəbdən qış aylarında bəzi əsas bağçılıq texnikalarından istifadə edərək bağlara xüsusi qulluq göstərmək lazımdır. Bu xüsusi qulluq texnikalarına aşağıdakılar aiddir:


1.     Qarın saxlanılmasının təşkili;
2.     Buzun parçalanması;
3.     Budaqlardan qarın təmizlənməsi;
4.     Əkinlərin gəmiricilərdən mühafizəsi;
5.     Bitkilərin günəş yanığından mühafizəsi (dekorativ tipli həmişə yaşıl bitkilər);
6.     Zərərverici və xəstəliklərlə mübarizə.


Yuxarıda göstərilən xüsusi qulluq texnikalarına yaxından nəzər salaq.


Qarın saxlanılmasının təşkili:
Qar istənilən bitki üçün ən yaxşı sığınacaqdır belə ki qızılgüllər, çoxillik əkinlər və hətta  soğanaqlı bitkilər belə qalın qar örtüyünün altında yaxşı qışlayırlar. Qarsız şaxta əkinlər üçün ciddi təhlükədir, buna görə də qarın saxlanılması bağbanların əsas tədbirlərindən olmalıdır.


Buzun parçalanması: 
Qışda hava tez-tez qeyri-sabit olur. İsti havalar sərt şaxtalarla əvəz olunur. Belə temperatur dalğalanmaları nəticəsində qarda buz əmələ gəlir. Hava buzdan keçə bilmir və nəticə etibarı ilə bitkilərin kökləri oksigensiz qalır və boğulur. Bu kimi xoşagəlməz hallarla qarşılaşmamaq üçün buzu zərurət yarandıqca parçalamaq lazımdır.


Budaqlardan qarın təmizlənməsi:
Ağacların və kolların budaqlarında yumuşaq qar örtüyü gözəl görünür. Lakin ağır və nəm qar şaxtadan kövrəkləşmiş budaqları asanlıqla qıra bilər. İynəyarpaqlı bitkilər, xüsusilə piramida tipli  gövdə forması olan ağaclarda bu daha sıx olur. Buna görə də, belə bitkilərin budaqlarını bitkiyə zərər verməyəcək şəkildə bağlanılması məsləhət görülür.

 
Əkinlərin gəmiricilərdən mühafizəsi:
Qar örtüyünün altında gəmiricilər sərbəst həyat fəaliyyətlərini sürdürə, bitkilərin kök və gövdələrinə zərər vura bilirlər. Bu halla mübarizə üçün əsas qoruyucu tədbirlər adətən payızda həyata keçirilir. Lakin qışda da bəzi tədbirlər görmək olar. Ağacların və çoxillik əkinlərin ətrafındakı qarı sıxlaşdırmaq, gövdələrə plastiklər bağlamaqla agaclarda olan zərərvericilərin sığına biləcəkləri yerləri müxtəlif vasitələrlə doldurmaq olar.


Bitkilərin günəş yanığından mühafizəsi (dekorativ tipli və həmişə yaşıl bitkilər):
Bu təhlükə qışın sonlarına doğru, daha çox günəşli günlər olduqda yaranır. Fevral-mart aylarında günəş yanığından əziyyət çəkən iynəyarpaqlı və digər həmişəyaşıl bitkiləri qorumaq üçün müxtəlif örtük materialları bəzən isə bitkilərə kölgə salan qoruyucular quraşdırılır.


Zərərverici və xəstəliklərlə mübarizə:
Qışda bağda olan meyvə ağaclarının üzərindəki mumiyalanmış meyvələri aydın görmək olur. Növbəti yazda xəstəlik və zərərvericilərin yayılmasının qarşısını almaq üçün belə tapıntıları qopartmaq, yerə tökülmüş və xəstəliyə yoluxmuş yarpaqları bağdan təmizləyib məhv etmək lazımdır. Zəruri hallarda isə ağacları budamaq lazımdır.
 
Unutmayın ki, bağın yazdakı normal inkişafına töhfə verən əsas amillərdən biri düzgün olunmuş qış qulluğudur.

 



Agrolab © 2024 Все права защищены.