Agrolab

Bizimlə əlaqə

close

Torpağın becərilməsi üçün aqreqatlar - Kotanlar

Torpağın becərilməsi üçün aqreqatlar - Kotanlar

  • 25-04-2022

  • Şərhlər

Torpağın becərilməsində ilkin mərhələ onun şumlanmasını həyata keçirməkdir. Torpağın şumlanmasının əsas məqsədi torpağı yumşaltmaq və alaq otlarına qarşı mübarizə aparmaqla yanaşı, əkiləcək bitki toxumlarının normal cücərib inkişaf etməsi üçün toxum yatağı hazırlamaqdır. Bu məqsədlə müxtəlif konstruksiyalı kotanlardan istifadə edilir. Kənd təsərrüfatında istifadə edilən kotanlar traktorlarla aqreqatlaşmaqla şumlamanı yerinə yetirirlər. Torpaqların şumlanmasında istifadə edilən kotanlar ümumi və xüsusi təyinatlı olmaqla siniflərə ayrılır. Traktorlarla aqreqatlaşmalarına görə kotanlar, əsasən, qoşma, yarımasma və asma kotan növlərinə ayrılırlar. Ümumi təyinatlı kotanlarla torpağı 30-32 sm dərinlikdə şumlamaq mümkündür. Xüsusi təyinatlı kotanlar vasitəsilə plantaj şumları, meşə və meyvə bağlarının şumlanmasında və meliorasiya işlərində və s. işlərdə istifadə edilir.

Kotanlar gövdələrinin sayına görə də bir-birindən fərqlənirlər, onlar az gövdəli və çox gövdəli olurlar. Kotanlar ümumi halda işçi və köməkçi hissələrdən ibarətdir. Kotanların işçi hissələrinin quruluşuna aşağıdakı hissələr aiddir: gövdə, torpaq dərinləşdirici, ön kotancıq, gavahın, laydır və bıçaq. Köməkçi hissələrə çərçivə, dayaq təkəri aiddir. Kotanın gövdəsinə laydır və dəyişidirilə bilən gavahın bərkidilir. Torpaq qatı üfüqi istiqamətdə şırımın dibindən kəsilməsi gavahınla, boyuna şaquli istiqamətdə kəsilməsi isə bıçaqla yerinə yetirilir. Quraq və külək eroziyasına uğrayan ərazilərdə torpağın yumşaldılmasında laydırsız gövdələrdən istifadə edilir.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.