Agrolab

Bizimlə əlaqə

close

Vakansiya

list

Komandamızın bir üzvü olun

“Agrolab” sizə ailəmizin bir parçası olmaq imkanı və karyeranızı güclü korporativ mədəniyyətə malik şirkətdə peşəkar komandanın bir üzvü olaraq davam etdirməyi təklif edir.

Bakterioloq-mikrobioloq

Vəzifə ilə bağlı biliklər: Müvafiq metoda əsasən bitki, torpaq və toxumun bakterioloji ekspertizasının aparılması; Xəstəlik törədicisinin mikroskopiya və differensasiyasının həyata keçirilməsi; Bitkinin zədələnmə simptomlarının vizual təhlili (Bakterioloji); Analiz ediləcək nümunələrin normativ sənədləri tələblərinə uyğun icra olunması; Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nəticələr üzrə rəyin verilməsi; Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması: Namizədə tələblər: Mikrobiologiya,Biologiya, Sanitariya ixtisasları üzrə ali təhsil; Minimum 6 ay iş təcrübəsi; Azərbaycan dili (mükəmməl), Rus dili (üstünlükdür), İngilis dili (üstünlükdür); Laboratoriya sahəsində təcrübə; MS office, 1 və 2-ci səviyyəli laboratoriya təhlükəsizlik qaydaları haqqında anlayışı olmalı, bakterioloji mühitlərin hazırlanması, yaxmaların hazırlanması və boyaması, bakterioloji əkmə bacarıqları (üstünlük verilir), mikrobiologiya elminin təməl bilikləri (bakteriya, virus, parazit, helmint anlayışı), avtomatik dozatorlar, su hamamı, avtoklav və diqər laborator avadanlıqlar, Binokulyar mikroskop ilə işləmə, dezinfektləyici maddələrin istifadəsi üzrə təcrübəsi olmalı; Mikrobioloji, Bakterioloji, Virusoloji, Parazitoloji müayinələr üzrə sertifikatları olanlara üstünlük verilir; Əlavə məlumat: İş yeri: Yevlax şəhəri, Heydər Əliyev pr. 111 İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 17:00-dək, Nahar yeməyi: Şirkət tərəfindən qarşılanır Son tarix: 15 mart, 2023-ci il. Maraqlanan şəxslər öz CV formalarını "Bakterioloq-mikrobioloq" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər. Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Fitopatoloq

Vəzifə öhdəlikləri: • Fitopatoloji testlərinin aparılması; • Fitopatogen göbələklərin, həşəratların və nematodların identifikasiyası; • Əkin sahələri və bağlarda monitorinqlərin aparılması; • İzlənəbililiyi təmin olunması məqsədi ilə analiz nəticələrinin prosedura uyğun qeydiyyatının aparılması; • Test nəticələrinə əsasən rəy və məsləhətlərin verilməsi; • Reaktiv və nümunələrin tələblərə uyğun saxlanılması; • İstifadə edilən reaktivlərin istifadə müddətinin nəzarətdə saxlanılması; • Üst rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi. Vəzifə tələbləri: • Ali təhsil (Biologiya ixtisası üzrə); • Səlis Azərbaycan və Rus dili bilikləri (İngilis dili – arzuolunandır); • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır; • MS Office və Outlook proqramlarında işləmək bacarığı; • Ezamiyyətlərə getmək imkanı; Əlavə məlumat: İş qrafiki: 5 günlük iş həftəsi (09:00-17:00); İş yeri: Qusar rayonu (Uyğun namizədlər 2 ay müddətində Yevlax rayonunda yerləşən laboratoriyada təcrübə keçəcəklər); Son müraciət tarixi: 16.02.2024 Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Fitopatoloq) qeyd edərək hr@azsf.az elektron ünvanına göndərilməsi xahiş olunur. Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Aqrokimyaçı

Vəzifə öhdəlikləri: • Daxil olan nümunələrin iş təlimatlarına uyğun analizə hazırlanması; • Müvafiq metoda əsasən bitki, torpaq və su analizlərinin aparılması; • Analiz nəticələrinin əks olunduğu raport formasının hazırlanması; • İzlənəbililiyi təmin olunması məqsədi ilə analiz nəticələrinin prosedura uyğun qeydiyyatının aparılması; • Test nəticələrinə əsasən tövsiyələrin verilməsi; • Reaktiv və nümunələrin tələblərə uyğun saxlanılması; • İstifadə edilən reaktivlərin istifadə müddətinin nəzarətdə saxlanılması; • Aqrokimyəvi xəritənin hazırlanması. Vəzifə tələbləri: • Ali təhsil (Kimya və Aqrokimya ixtisasları üzrə); • Səlis Azərbaycan və Rus dili bilikləri (İngilis dili – arzuolunandır); • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır; • MS Office və Outlook proqramlarında işləmək bacarığı; • Ezamiyyətlərə getmək imkanı; Əlavə məlumat: İş qrafiki: 5 günlük iş həftəsi (09:00-17:00); İş yeri: Qusar rayonu (Uyğun namizədlər 2 ay müddətində Yevlax rayonunda yerləşən laboratoriyada təcrübə keçəcəklər); Son müraciət tarixi: 16.02.2024 Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aqrokimyaçı) qeyd edərək hr@azsf.az elektron ünvanına göndərilməsi xahiş olunur. Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Ərizə forması

CV və ya digər müvafiq sənədi daxil edin.

.doc, .docx, .pdf

Agrolab © 2024 Bütün hüquqlar qorunur.