Agrolab

Bizimlə əlaqə

close

Torpaqdan nümunə necə götürülməlidir?

Torpaqdan nümunə necə götürülməlidir?

  • 08-09-2022

  • Şərhlər

Torpaq nümunələrinin götürülməsi zamanı bir sıra məsələlərə diqqət yetirmək tələb olunur. Analiz üçün nümunələrin düzgün götürülməsi analiz nəticələrinə təsir edən əsas faktorlardan biridir. Odur ki, fermerlər nümunə götürərkən aşağıdakılara diqqət yetirilməlidir.

Bağlar üçün:
Bağlar üçün nümunə zərf və ya ziqzaq üsulu ilə üç dərinlikdən götürülməlidir. 0-30 sm, 30-60 sm və 60-90 sm. Zərf üsulu dedikdə, bağ, zərfin küncləri və ortası kimi 5 nöqtəyə bölünür və həmin nöqtələrdən üç dərinlikdən nümunə götürülür. Hər nöqtədən götürülən nümunə dərinliklər üzrə ayrı-ayrılıqda qarışdırılaraq bir ortaq nümunə hazırlanır və analiz üçün laboratoriyaya göndərilir.
Nümunələr qarışdırılarkən qarışdırılan torpaq nümunələrinin eyni dərinliklərdə olmasına xüsusi diqqət vermək lazımdır və onu müxtəlif dərinliklərlə qarışdırmaq olmaz.
Əkinlər üçün:
Birillik tarla bitkiləri üçün isə ziqzaq üsulu ilə hər 5 hektardan (bir neçə yerdən) 0-30 sm dərinlikdən nümunələr götürülərək qarışdırılır, bir ortaq nümunə hazırlanır və analiz üçün
laboratoriyaya təqdim edilir.


Agrolab © 2024 Bütün hüquqlar qorunur.