Agrolab

Bizimlə əlaqə

close

Azot, Fosfor, Kalium və Dəmir çatışmazlığının fəsadları

Azot, Fosfor, Kalium və Dəmir çatışmazlığının fəsadları

  • 04-12-2023

  • Şərhlər

AZOT - Bütün bitkilərdə ilk növbədə azotun (N) əhəmiyyəti onunla izah edilir ki, azot zülalın tərkibinə daxildir. Zülalsız isə həyat yoxdur. Zülalın 16% - 18% - ni azot təşkil edir. Bitkinin quru qalığının isə 1.5% - i  azotun  payına düşür.
Bitkinin vegetative orqanlarının (gövdə, yarpaq, zoğ, budaq və s.) və meyvələrin  inkişafının başlanğıcında azota böyük ehtiyac var.
Azot çatışmadıqda bitkidə zülalların sintezi dayanır, vegetativ orqanlarda böyümə ləngiyir. Bitkidə azot çatışmazlığının və ya artıqlığının ən asan nişanəsi vegetativ orqanların, xüsusilə yarpaqların rəngi ilə müəyyən edilir. Belə ki, azot çatışmadıqda yarpaqlar açıq yaşıl rəng, artıqlığı zamanı yarpaqların tünd rəng olur.
Azot artıq olduqda vegetativ orqanların güclü böyüməsinə, toxumaların zəif və seyrək olmasına, xəstəliklərə və aşağı temperatura davamlılığın azalmasına səbəb olur.
FOSFOR - Torpaqda azota nisbətən fosforun miqdarı azdır və çətin mənimsənilən formada olur. Ona görə də, bitkilərin fosfora olan tələbatı mineral gübrə hesabına ödənilir. Fosfor çatışmazlığı azotlu gübrələrin mənimsənilməsini pisləşdirir.
Fosfor çatışmadıqda bitkinin böyüməsi və inkişafı ləngiyir, bitkilər gec çiçəkləyir. Çiçək və meyvədə fosfor çatışmadıqda meyvələr yaxşı böyümür, içi boşalır, meyvədə toxum əmələ gəlmir, məhsuldarlıq aşağı düşür. Nəticədə zoğlar, yarpaqlar və kök sistemi zəif inkişaf edir, bar orqanları tökülür.
KALİUM - bitkilər üçün kalium əsas qida elementi hesab olunur. Bu element ən çox bitkilərin cavan orqanlarında toplanır. Kalsium isə yaşlı orqanlarda cəmlənir.
Kalium hüceyrənin su saxlamaq qabiliyyətini artırmaqla yanaşı, bitkilərdə gedən maddələr mübadiləsini gücləndirir, bitkilərin quraqlığa, soyuğa və xəstəliklərə davamlığını artırır. Kalium çatışmazlığı ilk növbədə cavan yarpaqlarda özünü göstərir, həmçinin böyümə zəifləyir, buğumarası məsafə qısalır, yarpaq kənarları əvvəlcə saralır, sonra qonurlaşır və quruyur. Nəticədə normal meyvələr formalaşmır.

DƏMİR - Dəmir çatışmadıqda yarpaqlar saralır, bitkinin inkişafı zəifləyir, xloroz xəstəliyi baş verir. Zəif qələvi reaksiyalı, əhəngli torpaqlarda becərilən meyvə bitkiləri xloroz xəstəliyinə tutulur. Bu zaman xüsusilə zoğun uc hissəsinə yaxın yerləşən yarpaqlar
kütləvi şəkildə saralır. Kükürd çatışmazlığından fərqli olaraq burada damarlar yaşıl rəngdə olur. Dəmir normadan artıq olduqda bitkinin böyüməsi ləngiyir və sovurucu köklər məhv olur.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.