Agrolab

Bizimlə əlaqə

close

Haqqımızda

“Agrolab” kənd təsərrüfatı laboratoriyası MDB məkanında tanınmış "Agro Analiz"   kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin dəstəyi və müşayiəti  ilə  “Azərşəkər” şirkətinin tərkibində 2019-cu ildə Yevlax rayonunda yaradılmışdır. “Agrolab” kənd təsərrüfatı laboratoriyası müasir əkinçilik təsərrüfatlarının yaradılması, düzgün və yeni yanaşmalarla inkişaf etdirilməsi üçün xidmətinizdədir. 
Laboratoriyamızda torpağın, toxumun, bitkinin, suyun uyğun olaraq aqrokimyəvi, mikrobioloji və fitopatoloji analizləri ən yeni texnologiyalarla aparılır. İcra olunan analizlər və gündəlik işlərin təşkili “Agro Analiz” kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq  nəzarətdə saxlanılmaqdadır.  
Mütəxəssislərimiz tərəfindən analiz nəticələrinin düzgün emalı və yüksək keyfiyyətli təhlili sizə imkan verir ki, əkinçilik və ya bitkiçilik fəaliyyəti ilə məşğul olduğunuz sahələrin torpaq tərkibində, suvarma sularında və becərilən bitkilərdə olan problemləri qısa zamanda müəyyən edib, aradan qaldırılması üçün operativ və düzgün həll yolları haqqında məlumat əldə edəsiniz.

Agrolab © 2024 Bütün hüquqlar qorunur.