Agrolab

Bizimlə əlaqə

close

Ağac kök qurdu

  • 15-05-2023

  • Şərhlər

Yetkin dişi fərd yumurtalarını ayrı-ayrılıqda və ya 5-10 ədəd böyük qruplar halında ağacın kök boynuna yaxın qabıq çatlarına, qabıq altına və ya kökətrafı torpağa qoyur. Köklərlə qidalanaraq inkişaf edən sürfələr kök boynunun qabıq altı hissəsində pupa çevrilir. Bir il ərzində, iki ayrı dövrdə puplardan yetkin fərd çıxır. Birinci dövr yetkin fərdlər iyul-avqust aylarında, ikinci dövr yetkin fərdin çıxışı isə oktyabr-noyabr aylarında olur. İki ildə bir nəsil verirlər.

Ağac kök qurdu- gilas,ərik, alça, şaftalı, badam və alma kimi meyvə bağlarına zərər verir. İqlim və bölgədən asılı olaraq ziyanvericinin sürfələri aprel-may, iyun-iyul aylarında aktivləşərək qidalanma fəaliyyətinə başlayır. Qidalanmaları oktyabr-noyabr aylarına qədər davam edir. Əsas ziyan həşəratın sürfə (qurd) mərhələsində olur. Ağacın kök sistemini yeyərək ziyan vurur. Kökləri yeyilən ağaclarda vaxt keçdikcə saralma və tam quruma müşahidə olunur. Ziyanverici gizli həyat tərzi keçirdiyi üçün (kökün daxilində olduğundan) onunla mübarizəni çətinləşdirir.
Aşkarlanması və mübarizə tədbiri: Ağac kök qurdunun yetkin fərdi inkişaf etməzdən öncə, torpaq altında 2 ilə qədər yaşaya bilir və kök uclarından bitki toxumasına daxil olaraq burada qidalanırlar. Zərərvericinin bağda aşkarlanması aparılarkən, köklər qazılaraq normaldan kənar şiş və tünd rəngdəki xaricə qabarıq qabıq və toxuma altına baxılır. Zərərverici ağac kökünə yerləşibsə, köklərdə zərərvericinin ifrazat qalıqlarına və ağac kəpəyinə rast gəlinir. Zərərvericinin kökün daxili hissəsində yerləşməsi kimyəvi mübarizəni çətinləşdirir.
Ağac kök qurdu ilə mübarizədə, aqrotexniki tədbirlər və yetkin fərdlə mübarizə ilə yanaşı, yazda sürfələrin intensiv olduğu dövrlərdə və payızın əvvəlində sürfə ilə də mübarizə aparılmalıdır. Yetkin fərdlər səhər tezdən və axşam saatlarında gövdə və kök boyundan yığılaraq məhv edilməlidir. Bitki su və qida ehtiyacı köklər vasitəsi ilə aldığını nəzərə alsaq, zədələnmiş köklərin yaratdığı quruma sonrakı dövrlərdə ağacın tamamilə məhvinə səbəb ola bilər.

Kimyəvi mübarizəyə qərar vermək üçün ağacda zədə və zərərverici görünməlidir. Buna görə may ayının ilk həftəsindən başlayaraq ağaclarda yetkin fərdin çıxışı gözlənilməlidir. Ağaclarda yetkin fərdi gördükdə və ya bu ağacların kök boyunun qabıqaltı hissəsinə baxdıqda sürfə və ya zədə aşkar edilərsə, kimyəvi mübarizəyə qərar verilir. Zərərvericinin iyun, iyul və avqust aylarında kök boğazına yumurta qoyduğu dövrdə hər 15 gündən bir çiləmə aparılmalıdır. Dərmanlama zamanı ağacların 1 m hündürlüyə qədər olan gövdələri və 1 m diametrli dairə daxilində kök boynu ətrafında torpaq səthinə çiləmə aparılmalıdır. Dərmanlama günün sərin saatlarında tətbiq edilməlidir. Ən azı iki il davamlı mübarizənin nəticəsi adi gözlə görünə bilər.

 

 

    



Agrolab © 2024 Bütün hüquqlar qorunur.