Agrolab

Bizimlə əlaqə

close

Keyfiyyətli kartof əldə etmək üçün nə etməliyik?

Keyfiyyətli kartof əldə etmək üçün nə etməliyik?

  • 07-02-2021

  • Şərhlər

Meyvə tərəvəzin, o cümlədən kartofun yetişdirilməsində düzgün yanaşma nəinki yüksək məhsuldarlıq, həm də bazarda tələb olunan keyfiyyətli məhsulun təminatıdır. Belə bir məhsul əldə etmək üçün bir neçə əsas qaydaya riayət etməliyik: toxum düzgün seçilməlidir, düzgün mineral qidalanması, bitkinin ziyanverici həşəratlardan və xəstəliklərdən qorunması təmin edilməlidir. Xəstəliklər və ziyanvericilər kartofun məhsuldarlığını və keyfiyyətini aşağı salır və bəzən bitkiləri qısa müddət ərzində tamamilə məhv edir.
Keyfiyyətli kartof fermerdən yalnız düzgün qulluq və suvarma deyil, həm də Kolorado kartof böcəyi, məftil qurdu, kartof nematodları və müxtəlif xəstəliklərlə mübarizə incəliklərinə dair bilik tələb edir. Fitoftoroz, aktinomikoz, rizoktoniya, makrosporioz, fomoz və s. xəstəliklər ilə mübarizə aparmaq üçün torpağın fitoekspertizası və bitkinin kompleks analizinin aparılması tövsiyə olunur. Bu analizləri aparmaqla düzgün proqnozlaşdırma fermeri məhsul itkilərindən qurtara bilər.
Gözlənilən məhsul toplandıqdan və mövsümün nəticələri hesablandıqdan sonra növbəti ilə hazırlaşmağı unutmamalıyıq.
Torpağın məhsuldarlığını itirməmək və gələn il yaxşı məhsul əldə etmək üçün torpağı bərpa etməyi təxirə salmamalıyıq. Yüksək məhsuldarlıq üçün torpaqda bitkinin ehtiyacına uyğun kifayət qədər qida elementlərinin olması vacibdir.
Kartof məhsuldarlığı iki əsas komponentlə təsvir olunur - vahid sahədə gövdə yumrularının sayı və gövdə yumrularının ölçüsü və ya çəkisi. Bu komponentlərin hamısını idarə etmək üçün bütün makro və mikroelementləri ehtiva edən balanslı qidalanma proqramı lazımdır. Bunun üçün torpağın aqrokimyəvi analizi icra olunmalıdır. Analiz nəticələrinə əsasən gübrələmə norması hesablanır və bunun əsasənda bitkinin balanslı qidalanması təmin edilir.
Bir çox fermer uzun illər ardıcıl olaraq eyni sahədə kartof yetişdirir. Kartofun eyni sahədə ardıcıl 3 dəfədən çox əkilməsi məsləhət deyil.
Noxud daxil olmaqla bütün paxlalılar, eləcə də bütün dənli bitkilər və ya balqabaq, xiyar, kələm, çuğundur, sarımsaq, soğan, tez yetişən tərəvəz və göyərtilər - turp, ispanaq, cəfəri və kahını kartofla çox yaxşı növbələşdirmək olar.
Kartof məhsulunu yalnız mart ayına qədər deyil, hətta növbəti məhsula qədər anbarda saxlanılması üçün 5 əsas qaydanı bilməliyik:
1. Saxlama sahəsinin düzgün hazırlanması;
2. Optimal temperatur;
3. Hava axını;
4. İşıqdan qorunma;
5. Daimi nəzarət.
 
 


Agrolab © 2024 Bütün hüquqlar qorunur.