Agrolab

Bizimlə əlaqə

close

Meyvə ağaclarının xəstəliklərinin qarşısının alınması

Meyvə ağaclarının xəstəliklərinin qarşısının alınması

  • 14-03-2024

  • Şərhlər

Meyvə ağaclarındakı xəstəliklər müxtəlif amillərdən qaynaqlanır. Əsas səbəbləri göbələklər və patogen bakteriyalardır. Bu parazitar formalar müstəqil mövcud ola bilməz. Göbələk sporları və bakteriyalar qabıqdakı kiçik yaralar və çatlar vasitəsilə bitkilərin daxilinə nüfuz edir. Onlar donorun, yəni bitkinin hesabına yaşayırlar və yaşamaq üçün lazım olan bütün şirələri, qidalı maddələri bitkidən əldə edirlər.

Təmizlənməmiş, çirklənmiş avadanlıqlardan istifadə etməklə də bitkini patogen mikroorqanizmlərə yoluxdura bilərik. Patogenlər tez-tez müxtəlif həşəratlar tərəfindən yayılır. Güclü orqanlar sistemi olan yetkin bitkilər xəstəliklərə müqavimət göstərə bilsələr də, zəif və ya yaşlı bitkilər parazitlərə tez yoluxur və bitkiyə düzgün qulluq edilmədikdə məhv ola bilərlər.

Meyvə ağacı xəstəliklərinin düzgün diaqnozu və onların müalicəsinin düzgün aparılması çox vacibdir, amma standart diaqnoz qoymaq və nəzarət tədbirlərinin standart seçilməsi mümkün deyil. Hər bir bağ üçün onun mühiti və xəstəliklərinə görə optimal profilaktik tədbirlər görmək lazımdır. Xəstəliyin başlıca səbəbləri göbələklər və ya bakteriyalar olduğuna görə əsas dərmanlar funqisidlər və antibakterial maddələrdir.

Xəstəliklərin qarşısının alınması üçün nələr edilməlidir?

Əkilmiş sahələr müntəzəm yoxlanılmalı;

Bağda təmizlik qorunmalı və qurumuş yarpaqlar, tumurcuqlar, qabıqlar, meyvələr bağdan kənarlaşdırılmalı;

Mis -sulfat ilə çiləmə, gövdələrin ağardılması ilə sanitariya müalicəsi edilməli;

Yaralara xüsusi diqqət edilməli və onların vaxtında, hərtərəfli müalicəsi olunmalı;

Vaxtında gübrələnməldir.

Xarici şəraitdə yaranan dəyişikliklər, temperaturun və rütubətin qəfil dəyişməsi, qəfil don və ya çox parlaq günəş bağdakı bitkilərə birbaşa təsir edir. Hər hansısa bir balanssızlıq meyvə bitkilərini zəiflədir və zəif bitkilər bakteriyalar, viruslar və göbələklərin yoluxması üçün münbit şərait yaradır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.