Agrolab

Bizimlə əlaqə

close

Meyvə çürüməsi və ya monilioz xəstəliyi

Meyvə çürüməsi və ya monilioz xəstəliyi

  • 04-04-2024

  • Şərhlər

Monilioz meyvə bitkilərində geniş yayılmış göbələk mənşəli xəstəlikdir. Əvvəlcə meyvələrin üzərində qonur rəngli ləkələr əmələ gəlir, sonra orada bozumtul rəngli təbəqə yaranır ki, bu da göbələyin sporlarıdır. Bu sporlar külək vasitəsilə çox asanlıqla yayılır və digər bitkiləri də sirayətləndirir. Yoluxmuş meyvələrdə lət çürüyür. Bu xəstəlik yayın ikinci yarısında meyvələr yetişən vaxt, xüsusilə də isti və rütubətli hava şəraitində çox sürətlə yayılır. Xəstəliyə ilk növbədə mexaniki zədələnmiş meyvələr yoluxur. 
Mübarizə tədbirləri: Profilaktik tədbir olaraq sirayətlənmiş bütün meyvələr yığılaraq dərhal sahədən kənarlaşdırılmalıdır. Yazda və payızda ağaclara qabaqlayıcı tədbir olaraq 1 %-li Bordo məhlulu ilə çiləmə aparılır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.