Agrolab

Bizimlə əlaqə

close

Sclerotinia sclerotiorum göbələyi

Sclerotinia sclerotiorum göbələyi

  • 25-03-2024

  • Şərhlər

Ağ çürümə adı ilə tanınan Sclerotinia sclerotiorum patogen bitki göbələyidir. Azərbaycanda pomidor, kartof, badımcan və bibər bitkiləri üzərində qeydə alınmış ağ çürümə xəstəliyi Lənkəran-Astara, Xaçmaz zonalarında açıq və örtülü sahələrdə geniş yayılmışdır. Sclerotinia sclerotiorum qışı torpaqda, ölü və ya canlı sahib bitki üzərində keçirir. Bu göbələklərin yaşaması üçün 13-15 C, inkişafı üçün isə 4-26 C kifayətdir. Bitkilərə yoluxmasının əsas səbəblərindən biri torpağı həddindən artıq suvarmaqdır. Xəstəliyin ilk əlaməti gövdənin kökə yaxın hissəsində yağabənzər ləkələrin yaranmasıdır. Bu ləkələr getdikcə böyüyür, dərinləşir, bitki toxumasının yumşalmasına səbəb olur və bitkinin həmin hissələri sarımtıl-qonur rəng alır. Sonralar isə həmin hissələrdə ağ örtük formalaşır. Bu xəstəliklə bağlı ən səmərəli mübarizə üsulu bitkinin suvarılmasına diqqət edilmək, vaxtlı-vaxtında bitkinin xəstə və çürümüş hissələrini əkilmiş sahədən tam kənarlaşdırmaq lazımdır. Bundan əlavə əkilmiş sahələrdə sirayətlənmə çoxdursa ən azı 5 il növbəli əkin prosesi aparılmalıdır. Ümumiyyətlə, sahələrdə əkin aparılarkən əkiləcək bitkilər arasındakı məsafəyə mütləq diqqət etmək lazımdır. Bitkilər sıx əkilməməlidir. Çünki bu xəstəliyin bir bitkidən digər bitkiyə keçmə ehtimalını azaldır.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.