Agrolab

Bizimlə əlaqə

close

Suyun bakterioloji analizi nə üçün lazımdır?

Suyun bakterioloji analizi nə üçün lazımdır?

  • 05-06-2023

  • Şərhlər

Suyun bakterioloji analizi-suda müxtəlif patogenlərin ,yəni  xəstəlik törədə bilən bakteriyaların, virusların, parazitlərin  aşkar edilməsi üçün aparılan tədqiqatlar kompleksidir. Bu mikroorqaizmlərin yüksək konsentrasiyası insan və heyvan sağlamlığı üçün birbaşa təhlükə yaradır. Suyun tərkibi, dadı, qoxusu, rəngi dəyişərsə, mütləq analiz edilməlidir. Bu zaman siz suyun dadına qoxusuna, rənginin dəyişməsinə nəyin səbəb olduğunu biləcəksiniz və alınan nəticələrə əsasən suyun istehlakçı ehtiyaclarına (içmə, üzgüçülük, iqtisadi fəaliyyət, istehsal  və s.) uyğunluğunu biləcəksiniz.
 
Su analizi əsas 3 kateqoriya üzrə aparılır.
 
Fiziki analiz:  burada suyun rəngi, qoxusu, dadı, bulanıqlığı və s. təyin edilir;
Kimyəvi analiz:  burada  suyun keyfiyyətinə təsir edən mineral və üzvi maddələrin, ağır metalların miqdarı təyin edilir (pH, fosfor, nitrat, nitrit, xlor və s.);
Bakterioloji analiz:  burada suyun tərkibində olan bakteriyaların, virusların, parazitlərin mövcudluğu və miqdarı təyin edilir.
 
Keyfiyyətsiz borular və onların düzgün quraşdırılmaması səbəbindən su çirklənə bilər. Həmçinin suyun bakterioloji çirklənməsinin digər mənbələrindən biri də insan fəaliyyəti və kanalizasiya sisteminin düzgün qurulmamasıdır. Buna görə də ən çox quyu və artezian suları çirklənməyə məruz qalır. 
Əgər siz quyu və ya artezian suyu istifadə edirsinizsə suyun bakterioloji analizi mütləqdir. Çünki bakteriyalar suya həm yağış və qar suları ilə həm də yeraltı su ilə daxil ola bilər. Xəstəlik törədən bakteriyalar suya daxil olduqda ən bahalı filtirlər belə onları tamamilə təmizləyə bilmir.
Suyun tərkibində ciddi xəstəliklərin mənbəyi olan bakteriya,parazit  və virusların olub olmaması bakterioloji laboratoriyada aparılan analizlərin nəticəsində əldə olunur.
 
 Bakterioloji analiz zamanı suda nə tapıla bilər?
 
• Escherichia coli. qrupunun bakteriyaları 
• Viruslar
• Şigella
• Salmonella və s.
 
Bu bakteriyaların yartdığı xəstəliklərin simptomları:
 
• Ürəkbulanma
• Qusma
• İshal
• Dəri səpgiləri və s.
 
Bakterioloji analiz aşağıdakı sxemə əsasən aparılır:
 
• Su nümunəsi götürmək üçün laborant çağırılır;
• Steril şəraitdə nümunə götürülür;
• Nümunə laboratoriyaya vaxtında çatdırılır;
• Mütəxəssislər tərəfindən tədqiqatlar aparılır;
• Suyun tərkibinə dair mütəxəssis rəy hazırlayır.
 
Suyun bakteroloji  analizi təkcə patogen mikrofloranı müəyyən etməyə deyil, həmdə insan istehlakı üçün potensial təhlükəsini qiymətləndirməyə imkan verəcək.
Biz nəticələrin yüksək dəqiqliyini və etibarlığını təmin edən, ciddi nümunə götürmə sistemi ilə suyun bakterioloji tədqiqatlarını sifariş etməyi təklif edirik.


Agrolab © 2024 Bütün hüquqlar qorunur.