Agrolab

Bizimlə əlaqə

close

Torpaqda şorlaşma və onun yaranma səbəbləri

Torpaqda şorlaşma və onun yaranma səbəbləri

  • 05-03-2024

  • Şərhlər

Torpağın şorlaşması - tərkibində bitkilər üçün zəhərli miqdarda asan həll olunan duzların torpağın üst qatlarında toplanması nəticəsində yaranır. Belə duzlar torpağın məhsuldarlığına və iqtisadi vəziyyətinə, bitkinin inkişafına mənfi təsir göstərir. Hər tip torpaqda suda həll olunan duzlar olsa da, münbit torpaq qatında duzların yığılmasına səbəb olacaq bir çox proseslər var: yağıntıların çox olması, gübrə və pestisidlərin normadan artıq tətbiqi nəticəsində yaranan duzlar, düzgün olmayan suvarma, sənaye və şəhər tullantılarının torpağa yığılması və torpaqlarda duzların çökməsi prosesləri torpağın şorlaşmasına səbəb ola bilər.
Yağıntıların çox olması, düzgün olmayan suvarma, sənaye və şəhər tullantılarının torpağa yığılması və torpaqlarda duzların çökməsi prosesləri torpağın şorlaşmasına səbəb ola bilər.


Torpaqda şorlaşmanın növləri:


1)      Xloridli şorlaşma: Bu torpaqlarda xlor ionunun miqdarı (quru qalıqda xlorun faizlə miqdarı) 40%-dən çox olur;
2)      Sulfatlı  şorlaşma : Sulfat ionu üstünlük təşkil edən torpaqlardır və ümumi duzların 40%-dən çoxunu natrium-sulfat duzu təşkil edir;
3)      Karbonatlı şorlaşma : Bu növ şorlaşmış torpaqlarda əsasən natrium-karbonat və bikarbonat duzları üstünlük təşkil edir;
4)      Qarışıq şorlaşma : Bu şorlaşmada xlorlu-sulfatlı, sodalı-sulfatlı, sulfatlı-sodalı və s. kimi duzların qarışığı əsas yer tutur və yayılmasına görə digərlərindən daha geniş ərazilərdə yayılmışdır.


Duza davamlığına görə bitkilər 3 qrupa ayrılır:


1)      Duza davamsız bitkilər: lobya, yonca, turp, kərəviz, alma, armud, portağal, qreyfrut, gavalı, badam, ərik, şaftalı, limon, avakado və s.;
2)      Orta davamlı: çovdar, buğda, soya, qarğıdalı, düyü, kətan, günəbaxan, pomidor, kələm, kartof, istiot, yer kökü, soğan, noxud, və s.;
3)      Davamlı: arpa, şəkər çuğunduru, pambıq, ispanaq, xurma palması və s.


Şorlaşmanın  qarşısını almaq üçün görüləcək tədbirlər:


1)      Açıq və qapalı drenaj sistemlərinin quraşdırılması;
2)      Suyun düzgün idarə edilməsi (damla suvarma üsulundan istifadə);
3)      Duza davamlı bitkilərin yetişdirilməsi;
4)      Tərkibində duzların miqdarı normal həddə olan suvarma suyundan istifadə.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.