Agrolab ADAU-da keçirilən karyera sərgisində iştirak edib
02-06-2024
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib. 100-dən çox təşkilat və şirkət tərəfindən 1000-dən çox vakant yer təqdim olunan sərgidə Agrolab da iştirak edib. Agrolabın nümayəndələri vakant iş yerləri barədə məzun və qonaqlara ətraflı məlumat veriblər.
Karyera sərgisində iştirak edən kənd təsərrüfat naziri Məcnun Məmmədov diqqətə çatdırıb ki, kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən və yüksək ixtisaslı mütəxəssislərin mövcudluğundan birbaşa asılıdır. Məhz bu səbəbdən bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasını təmin edən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır.