Agrolab

Bizimlə əlaqə

close

Azərşəkər MMC-nin Ağcabədi təsərrüfatında monitorinq aparılıb,  torpaqdan nümunələr götürülüb

24-08-2020

Azərşəkər MMC-nin Ağcabədi təsərrüfatında torpağın fitoekspertizası üçün nümunələr götürülüb. Nümunələrin götürülməsində əsas məqsəd, müxtəlif inkişaf dövründə torpaqda qışlayan həşəratlar (məftil qurdları, gəmirici sovkalar, uzunburun böcəklər, digər sürfələr, puplar və s.)  aşkarlanaraq iqtisadi cəhətdən ziyanvericilik həddini təyin etmək, eləcə də torpaqda parazit qurdlar və xəstəlik törədən göbələkləri aşkarlamaqdır.

 Ziyanvericiləri əkindən öncə aşkarlamağın bizə nə kimi faydası var?
 
Bitkinin ilk cücərtiləri əmələ gəldiyi vaxtdan başlayaraq aktiv inkişaf dövrləri də daxil olmaqla bir çox zərərverici həşəratlar və nematodlar onlara ziyan vurur. 
Bununla da bitkilərin kökləri, yarpaqları və məhsulu zədələnmələrə məruz qalırlar. Zədələnmiş hissələrdən  xəstəlik törədən bakteriya və göbələklər bitkiyə daxil olur. Nəticədə sahənin əksər hissəsində bitkilərdə xəstəliklər yaranır və məhsuldarlıq aşağı düşür.
Əkindən öncə torpağın fitoekspertizası aparılarsa, qabaqlayıcı profilaktik tədbirlər görərək bitkiləri xəstəlik və zərərvericilərdən qorumaq mümkündür.

flower

Agrolab © 2021 Bütün hüquqlar qorunur.

DreamArt Creative Agency