Agrolab

Bizimlə əlaqə

close

Agrolab 15-ci Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edib

25-05-2022

18-20 May tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi keçiriləcək. Dünyanın 24 ölkəsini təmsil edən 450-ə yaxın şirkəti bir araya gətirən  sərgidə “Azərşəkər” şirkəti də iştirak edir.  Azərşəkər MMC ən son texnologiyalardan istifadə etməklə, Azərbaycanın müxtəlif regionlarında əkinçilik, heyvandarlıq, bağçılıq və kənd təsərrüfatı laboratoriyası istiqamətlərində fəaliyyət göstərir. Şirkət kənd təsərrrüfatı fəaliyyəti ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

3 gün ərzində davam edəcək sərgidə “Azərşəkər”, “Dastan Agro” və “Agrolab” olaraq kənd təsərrüfatında tətbiq etdiyimiz ən son suvarma və əkinçilik texnologiyalarını, hazırda qurulmaqda olan innovativ heyvandarlıq kompeksini və müasir tələblərə cavab verən laboratoriya xidmətlərimizi təqdim edib.

“Agrolab” kənd təsərrüfatı laboratoriyası MDB məkanında tanınmış "Agro Analiz"   kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin dəstəyi və müşayiəti  ilə  “Azərşəkər” şirkətinin tərkibində 2017-ci ildə Yevlax rayonunda yaradılmışdır. “Agrolab” kənd təsərrüfatı laboratoriyası müasir əkinçilik təsərrüfatlarının yaradılması, düzgün və yeni yanaşmalarla inkişaf etdirilməsi üçün xidmətinizdədir.  Laboratoriyamızda torpağın, toxumun, bitkinin, suyun uyğun olaraq aqrokimyəvi, mikrobioloji və fitopatoloji analizləri ən yeni texnologiyalarla aparılır. İcra olunan analizlər və gündəlik işlərin təşkili “Agro Analiz” kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq  nəzarətdə saxlanılmaqdadır.   Mütəxəssislərimiz tərəfindən analiz nəticələrinin düzgün emalı və yüksək keyfiyyətli təhlili sizə imkan verir ki, əkinçilik və ya bitkiçilik fəaliyyəti ilə məşğul olduğunuz sahələrin torpaq tərkibində, suvarma sularında və becərilən bitkilərdə olan problemləri qısa zamanda müəyyən edib, aradan qaldırılması üçün operativ və düzgün həll yolları haqqında məlumat əldə edəsiniz.

flower

Agrolab © 2024 Bütün hüquqlar qorunur.