Agrolab

Bizimlə əlaqə

close

“Agrolab” pambıqçı fermerlər üçün təlimlərə start verdi

16-06-2023

 “Azərşəkər” MMC ilə “MKT İstehsalat Kommersiya” MMC birgə pambıq əkinlərində müasir yanaşmaların tətbiqi, əkin sahələrində keyfiyyət və məhsuldarlığın artırılması istiqamətində əməkdaşlığı çərçivəsində “Agrolab” pambıqçı fermerlər üçün təlimlərə start verdi

Qeyd edək k, İlkin mərhələdə, “MKT İK” MMC-nin fəaliyyət göstərdiyi 15 rayonda 267 fermeri əhatə edəcək təlimlərdə toxum səpinindən məhsul yığımına qədər olan bütün mərhələlərlə bağlı “Agrolab” kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında müasir əkinçilik üçün lazım olan vacib elmi yanaşmaların tətbiq edilməsi fermerlərə öyrədiləcək.

“MKT İK” MMC-nin Saatlı rayonu Sarıcalar filialında keçirilən görüşdə Sabirabad, İmişi və Saatlı rayonundan olan fermerlər iştirak ediblər. Fermerlərin əkin sahələrindən götürülmüş nümunələrin analiz nəticələri onlara təqdim edilib və əldə olunan nəticələrə görə lazım olan məlumatlar verilərək gələcəkdə atılacaq addımlarla bağlı izahedici söhbətlər aparılıb.

Xatırladaq ki, bir müddət əvvəl “Azərşəkər” MMC ilə “MKT İK” MMC arasında pambıq əkinlərində müasir elmi yanaşmaların tətbiqi, əkin sahələrində keyfiyyət və məhsuldarlığın artırılması istiqamətində memorandum imzalanıb.

Əməkdaşlığa əsasən, “Agrolab” tərəfindən fermerlər üçün təlimlərin təşkil edilməsi, həmçinin pambıq bitkisinin becərilmə prosesində kompleks laborator analizlər icra edilməsi, düzgün aqrotexniki qulluğun yerinə yetirilməsi üçün vacib tövsiyələrin verilməsi nəzərdə tutulub.

Qeyd edək ki,“Agrolab” kənd təsərrüfatı laboratoriyası MDB məkanında tanınmış "Agro Analiz" kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin dəstəyi və müşayiəti ilə “Azərşəkər” şirkətinin tərkibində 2017-ci ildə Yevlax rayonunda yaradılmışdır. Laboratoriyada torpağın, toxumun, bitkinin, suyun uyğun olaraq aqrokimyəvi, mikrobioloji və fitopatoloji analizləri ən yeni texnologiyalarla aparılır. İcra olunan analizlər və gündəlik işlərin təşkili “Agro Analiz” kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılmaqdadır. Mütəxəssislər tərəfindən analiz nəticələrinin düzgün emalı və yüksək keyfiyyətli təhlili sizə imkan verir ki, əkinçilik və ya bitkiçilik fəaliyyəti ilə məşğul olduğunuz sahələrin torpaq tərkibində, suvarma sularında və becərilən bitkilərdə olan problemləri qısa zamanda müəyyən edib, aradan qaldırılması üçün operativ və düzgün həll yolları haqqında məlumatlar verilir.

flower

Agrolab © 2024 Bütün hüquqlar qorunur.